İsraildə vəba aşkarlandı
    • 11-11-2022, 18:20
    • 313

İsraildə vəba aşkarlandı

İsrailin şimalındakı su anbarındakı su nümunələrində vəba aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əhali üçün heç bir təhlükə yoxdur. 

“Səhiyyə Nazirliyi tərəfindən son günlər Yarmux su anbarında aparılan nümunələrdə vəba xəstəliyinin törədicisi aşkar edilib”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

İsrail Səhiyyə Nazirliyinin mütəxəssisləri iddia edirlər ki, bakteriyaların mənşəyi qonşu Suriyada vəba xəstəliyinin yayılması ilə bağlıdır .

Nəşr bildirir ki, qonşu ərazilərdə təhlükəli xəstəliyin ilk halları barədə məlumatların peyda olmasından sonra israilli epidemioloqlar İsrailin su hövzələrində yoluxma mənbələri üçün hərtərəfli monitorinq aparmağa başlayıblar.

İsrail Səhiyyə Nazirliyi qeyd edir ki, hazırda ölkə əhalisinin sağlamlığı üçün heç bir təhlükə yoxdur. Son aylarda Livan və Suriyada vəba epidemiyası qeydə alınıb.

Bundan əvvəl məlum olmuşdu ki, Livanda vəba vibrionuna yoluxma hallarının sayı gündə 8 nəfər artaraq 26-ya çatıb. Həmçinin oktyabrın 12-də ilk ölüm halı qeydə alınıb. Livanın şimalında yoluxmuş xəstələrdən biri dünyasını dəyişib. /Unikal/