Bayden Misirə getdi
    • 11-11-2022, 22:27
    • 211

Bayden Misirə getdi

ABŞ prezidenti Co Bayden Misirə səfər edib.

News24.az
xəbər verir ki, o, 2021-ci ildə vəzifəyə gəldiyindən bəri ilk dəfə Misirə səfər edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP27) Tərəflərin 27-ci Konfransının keçirildiyi Şarm əl-Şeyxə gələn ABŞ prezidenti həmkarı Əbdülfəttah əs-Sisi tərəfindən qarşılanıb.

Prezidentlərin görüşündə ikitərəfli və regional məsələləri müzakirə ediləcək.