Ukrayna daha 45 hərbçisini vətənə qaytarıb
    • 12-11-2022, 01:14
    • 281

Ukrayna daha 45 hərbçisini vətənə qaytarıb

Noyabrın 11- də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 45 ukraynalı vətənə qayıdıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Biz 45 hərbçini – zabitləri, çavuşları və sıraviləri azad edə bildik. Eyni zamanda, döyüşlərdə həlak olan iki hərbçinin cəsədini də qaytara bildik”, - deyə Andrey Yermak əlavə edib.