Yeni ilə tətil planlayanların NƏZƏRİNƏ: neçə gün iş OLMAYACAQ?
    • 12-11-2022, 10:06
    • 603

Yeni ilə tətil planlayanların NƏZƏRİNƏ: neçə gün iş OLMAYACAQ?

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri artıq məlumdur.

News24.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar olaraq qeyri-iş günüdür.

Beləliklə, 31 dekabr - 1 yanvar şənbə və bazara təsadüf edir. Yanvarın 2-si isə zatən bayram günü kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.