“Baku Bus”ın daha bir sürücüsü piyadanın ölümünə səbəb oldu
    • 12-11-2022, 10:44
    • 296

“Baku Bus”ın daha bir sürücüsü piyadanın ölümünə səbəb oldu

Bakıda “Baku Busa”a məxsus daha bir sərnişin avtobusu piyadanın ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 10-da Ziya Bünyadov prospektində paytaxt sakini A.Babayev idarə etdiyi “Baku Busa” məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, avtobusla vurulan şəxs Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olub. Onun 19 yaşı var idi.

Xatırladaq ki, bir neçə gün öncə Yasamalda “BakuBus” MMC-ə məxsus avtobusun sürücüsü 84 yaşlı piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Piyadanı vurub qaçan sürücü sonradan tutulmuşdu.