Bakıda avtomobil piyadanı vuraraq öldürdü
    • 8-08-2022, 13:11
    • 350

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov rayonu Atatürk prospektində paytaxt sakini A. Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub.

Qəza nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.