Bakıda avtobus sürücüsü ölümə səbəb oldu
    • 14-12-2018, 12:59
    • 712

Bakıda avtobus sürücüsü ölümə səbəb oldu

Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

//Report