Çəyirtkə yeməyə hazırsınızmı?
    • 20-07-2018, 15:34
    • 1 876

Çəyirtkə yeməyə hazırsınızmı?

Çəyirtkə sürüləri peyda olduqları yerdə olan qalan hər şeyi məhv edən canlılar kimi tanınır. Bu həşəratlar olduqca böyük sürətlə çoxalır, istənilən iqlim şəraitində yaşaya bilirlər.

News24.az xarici KİV-lərə istinadən xəbər veri ki, britaniyalı ərzaq mühəndislərinin apardıqları araşdırmalar gələcəkdə insanların çəyirtkələrdən ən qiymətli ərzaq məhsulu kimi istifadə etməsinə əsas verir. Aparılan araşdırmalara əsasən, çəyirtkə ətində olan zülal və protein mal ətinə nisbətən daha çox və güclüdür.

Çəyirtkə ətinin dadı xərçəngin dadına çox bənzəyir. Hər bir şəraitdə çox sürətlə artıb çoxlama və istənilən iqlimə uyğunlaşma xüsusiyyətinə görə çəyirtkə ən asan, ucuz başa gələn ərzaq məhsulu sayılır. Üstəlik Çin təbabətinə görə, çəyitkənin müalicəvi xüsusiyyətlərinin də olduğu bildirilir. Çin xalq təbabətində çəyirtkə şəkər, təzyiq, yaddaş zəifliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur.

Artıq çəyirtkə fermalarının hazırlanması prosesi başlayıb. Bu günə qədər çəyirtkələr insanların məhsulunu zay edib yeyirdi, indi isə özü yeyiləcək. Hazır olun, çəyitkələr, insan gəlir!