Sabunçuda 14 yaşlı yeniyetməni avtomobil vurub

Sabunçuda 14 yaşlı yeniyetməni avtomobil vurub Hadisə
Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Hüseynov Nihad Eldar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. /Report/