-
- 11-01-2019, 17:55
- 1 510
Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya: "Məni pis vəziyyətdə qoyma"
Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.
31 yaşlı döyüşçü şəxsi "Instagram" hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.
H. Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.
Qeyd edək ki, "Spartak" klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. Moskva təmsilçisi azərbaycanlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.