Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: ölən var
    • 14-11-2022, 10:48
    • 189

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: ölən var

Noyabrın 14-də saat 2 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Bu barədə News24.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.