DİN həlak olan hərbçi ilə bağlı məlumat yaydı
    • 27-08-2022, 12:28
    • 287

DİN həlak olan hərbçi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.