Goranboyda avtomobil dərəyə aşıb
    • 13-09-2022, 11:00
    • 211

Goranboyda avtomobil dərəyə aşıb

Sentyabrın 12-də saat 22 radələrində Goranboy rayonunun Todan kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb.

News24.az xəbər verir ki, nəticədə sərnişini İsə Rəhimov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır.