Bakıda Nizami metrosu yaxınlığında gənc oğlan bıçaqlanıb.

Hadisə yerində olan şahidin sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya  metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir.

//YenicağAz

P.S. Maraqlıdır, əgər mübahisə metronun daxilində baş veribsə, o zaman bıçaqlayan şəxs hansı üsulla üzərində soyuq silahla metroya daxil ola bilib? Halbuki metro daxilində asayişi qorumaq, baş verəcək hər hansı xoşagəlməz olaya öncədən tədbir görmək üçün girişdə polis işçiləri dayanıb, girənləri aidiyyatı qurğu ilə yoxlamadan keçirirlər. Elə isə, cinayətkar üzərində bıçaqla metroya daxil olarkən polis işçisi niyə düzgün yoxlanış aparmayıb? Bu və bu kimi suallar adamda müəyyən şəxslərin vəzifə borcunu yerinə yetirərkən məsuliyyətsizliyə yol verdikləri qənaiti yaradır. 

News24.Az 

Video