-
- 15-06-2019, 12:53
- 2 875
Bakı metrosundakı mübahisə dəhşətli qətllə nəticələndi - YENİ XƏBƏR
Bir neçə ay əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində, Bakı Metrosunun “Nizami” stansiyasının yaxınlığında törədilmiş qətl hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Şəmiyev Emin Asif oğlunun küçənin ortasında amansızlıqla öldürülməsi ilə bağlı Əliyev Vəli Elman oğlu və Nəcəfov Fizuli Elsevər oğlu barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə Yasamal Rayon Prokurorluğunda aparılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə Emin Şəmiyevlə yanaşı Abbaszadə Rəşid Sadiq oğlu da zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, “Nizami” metrostansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.
Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Məlum olub ki, qətlin baş verməsinə səbəb metronun içərisində baş verən mübahisə səbəb olub.
Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Bu zaman orada olan Emin Şəmiyev Vəli Əliyev və Füzuli Nəcəfova gülmələrinə iradını bildirib.
Bu səbəbdən tərəflər arasında mübahisə düşüb. Metrodan çıxdıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.