Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü: - ÖLƏNLƏR VAR

Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü: - ÖLƏNLƏR VAR Dünya
Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.

Hökumətin sözçüsü Pyotr Müller Tvitterdə Baş naziri Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.