Macarıstan Polşaya raket hücumuna görə təcili iclas çağırdı
    • 16-11-2022, 00:35
    • 254

Macarıstan Polşaya raket hücumuna görə təcili iclas çağırdı

Ukraynada elektrik enerjisinin kəsilməsi səbəbilə Macarıstan istiqamətində "Drujba" kəməri ilə neftin nəqli dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs bildirib ki, "Drujba" neft kəmərinin bağlanması və Polşaya raketin düşməsi ilə əlaqədar Macarıstan təcili olaraq Təhlükəsizlik Şurasını çağırıb.

Bu gün Rusiya Ukrayna ərazisinə genişmiqyaslı raket zərbələri endirib. Raketlərdən ikisi Polşa ərazisinə düşüb.