Axtarışda olan şəxsdə ov tüfəngi aşkarlandı
    • 16-11-2022, 10:37
    • 133

Axtarışda olan şəxsdə ov tüfəngi aşkarlandı

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.

News24.az xəbər verir ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.