Qəbələ sakinlərinin qanunsuz saxladığı silahlar aşkarlanıb
    • 9-11-2022, 13:13
    • 238

Qəbələ sakinlərinin qanunsuz saxladığı silahlar aşkarlanıb

Qəbələ sakinlərindən qanunsuz silah aşkarlanıb.

Bu barədə News24.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədağalı kənd sakinləri P.Ağayevdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron və qardaşı Təbrizdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.