-
- 17-11-2022, 14:50
- 542
Qardaş bacısının toyu günü atasını öldürdü- TƏFƏRRÜAT
Bu ilin 29 may tarixində Bərdə rayonunun Mirzəcəfərli kəndində atasını qətlə yetirən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin məhkəməsi başa çatıb.
News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində K.Fərzəliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürmə, silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisənin baş verdiyi gün həmin kənddə yerləşən “Muğan Məkan” şadlıq evində Kənan Fərzəliyevin bacısının toyu olub. Toyda o, spirtli içkilər qəbul edərək sərxoş olub. Toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən Kənanın dayısı ona yaxınlaşaraq daha içki qəbul etməməsini və dava salmamasını deyib. Lakin gənc oğlan dalaşaraq musiqiçilərə hücum edib və onların əyləşdikləri masanı aşırıb. Bundan sonra atası Bulud Fərzəliyev və dayısı Kənanı dilə tutmağa çalışıb. Kənanın bibisi oğlanları onu zorla şadlıq evindən kənarlaşdırıblar və maşına əyləşdirərək yaşadığı evə gətiriblər. Bu zaman Kənanın köynəyi də cırılıb. Onlar Kənanı evdə otağa salaraq qapını bağlayıblar.
Kənan isə otaqdakı tüfəngi götürüb, daha sonra pəncərəni açaraq həyətə tullanıb və silahla bibisi oğlanlarına tərəf atəş açıb. Tüfəngdən çıxan qırmalar dəmir qapıya dəydiyindən xəsarət alan olmayıb. Bundan sonra Kənanın bibisinin övladları toyun keçirildiyi şadlıq evinə qayıdıblar. Kənan isə evdə qalaraq onu bacısının toyundan çıxaran atası ilə dayısının gəlməsini və uyğun şərait yaranan kimi onları qətlə yetirməyi planlaşdırıb. Saat 21 radələrində Kənanın atası Bulud Fərzəliyev, anası, bacıları və bibisi evə qayıdıblar. O, saat 23 radələrində uyğun şəraitin yarandığını düşünərək gizlətdiyi silahı götürərək atasının olduğu otağa daxil olub və tüfəngi ona tuşlayıb. Bu zaman anası və bibisi də oraya gəliblər və yalvarmağa başlayıblar. Bütün yalvarışlara baxmayaraq, Kənan Fərzəliyev silahı 52 yaşlı atasının ürək nahiyəsinə tuşlayaraq ona atəş açıb. B. Fərzəliyev aldığı xəsarətlərdən vəfat edib.
Məhkəmədə K.Fərzəliyev törətdiyi əməldən peşman olduğunu deyib və əsas məqsədinin dayısını öldürmək olduğunu, onlara gəlmədiyindən acıqlı qaldığı atasından da qisas almaq istədiyini bildirib.
Kənan Fərzəliyevin anası oğlunun gənc olmasını, daha əvvəl məhkum edilməməsini bildirərək onu bağışladığını deyib.
Məhkəməyə təqdim edilən və ərazi üzrə icra nümayəndəliyindən alınmış xasiyyətnamədə isə K.Fərzəliyev yaşadığı ərazi üzrə mənfi xarakterli şəxs kimi göstərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr tarixli hökmü ilə K.Fərzəliyevə 17 il həbs cəzası verilib.