Bakıda şadlıq sarayında 16 yaşlı oğlandan DƏHŞƏTLİ CİNAYƏT – TƏFƏRRÜAT
    • 1-07-2022, 11:16
    • 520

Bakıda şadlıq sarayında 16 yaşlı oğlandan DƏHŞƏTLİ CİNAYƏT – TƏFƏRRÜAT

Keçən il noyabrın 27-də Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Lion” şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi törətmiş 16 yaşlı Əbdürəhman Məmmədova hökm oxunub.

News24.az-ın məlumatına görə, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddələri ilə təqsirləndirilib. Məlum olub ki,  Əbdürəhman həmin gün atasının əvəzinə həmin şadlıq evindəki toya gəlib.

O, restoranın qarşısında tanışı ilə mübahisə edib və ətrafdakı şəxslər onları sakitləşdirib. Daha sonra Əbdürəhmanın mübahisə etdiyi şəxs Elşən adlı  tanşı ilə söhbət edərkən onun ünvanına söyüş işlədib. Bunu eşidən yeniyetmə bu barədə restoranın qarşısına avtomobillə gəlib onu aparmaq istəyən atasına və Famil adlı tanışına deyib. Həmin şəxslər Elşəni çağraraq niyə söyüş söydüyünü soruşduqda mübahisə böyüyüb və dava düşüb. Dava zamanı Elşənin yanındakı Namiq adlı şəxs Əbdürəhmanı yumruqla vurub. 16 yaşlı oğlan da üstündən çıxardığı bıçaqla Namiqin qarnına xəsarət yetirib.

Məhkəmədə tərəflər barışıblar və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Əbdürəhmana 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.