-
- 17-11-2022, 19:50
- 354
Ceyhun Bayramov Bolqarıstan səfirini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazirlikdən News24.az verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət olunduğunu bildirib.
Səfir Nikolay Yankov Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində uğurla inkişaf etdiyini bildirib. Bu xüsusda, Azərbaycanla Bolqarıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə səfərinin əhəmiyyəti diqqətə çatdırılıb. Səfir Nikolay Yankov Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.
Daha sonra nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.