Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu AÇIQLADI
    • 12-01-2019, 16:17
    • 1 213

Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu AÇIQLADI

London Onkologiya Mərkəzinin alimi Makmillan Kris Stil xərçəng xəstəliyi ilə bağlı açıqlama verib.

Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqlayıb və qeyd edib ki, bu simptomlar üzə çıxanda dərhal onkoloq-həkimə müraciət etmək lazımdır.

Alim simptomlar arasında bağırsağın və ya sidik kisəsinin fəaliyyətindəki qəfil dəyişiklik, izah edilməyən qanaxma, sinə və ya digər hissədə qalınlaşma, udma zamanı çətinlik yaranması, bədəndəki xalın rəng və ölçüsünün dəyişməsi, ağır və xırıltılı öskürək, uzun müddət sağalmayan yara olduğunu xüsusilə qeyd edib.

Stil əlavə edib ki, yuxarıda sayılan simptomlar onkologiya ilə bağlı olmaya da bilər. Amma bununla belə, əgər bu simptomlar üzə çıxıbsa, həkimə müraciət edilməlidir.

Britaniyalı alim xatırladıb ki, əgər zamanında düzgün diaqnoz qoyulsa, 10 xərçəngin 4-ünü müalicə etmək və ya qarşısını almaq mümkündür.

//ÖlkəAz