Xaçmazda piyadanı maşın vurub öldürdü
    • 23-03-2021, 16:14
    • 433

Xaçmazda piyadanı maşın vurub öldürdü

Dünən Xaçmaz rayonu ərazisində piyadanı maşın vurub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayon sakini E.Musayev idarə etdiyi “Hyundai” markalı  avtomobillə yolu keçən Şıxlar kənd sakini H.Xasıyevi vurub.
Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.