Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürdü
    • 15-02-2021, 12:36
    • 507

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürdü

Bakıda yolu keçən piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.