Şəmkirdə 40 yaşlı kişi dəm qazının qurbanı oldu
    • 19-11-2022, 22:30
    • 340

Şəmkirdə 40 yaşlı kişi dəm qazının qurbanı oldu

Şəmkir rayonunda yerli sakin dəm qazından boğularaq ölüb.

Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü E.Abdulrəhimov yaşadığı evin vanna otağında dünyasını dəyişib.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/