Metroda cibgirlik edənlər tutuldu
    • 21-11-2022, 13:55
    • 183

Metroda cibgirlik edənlər tutuldu

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.