Gədəbəydə həyat yoldaşını bıçaqlamaqda suçlanan şəxs döyülüb
    • 22-11-2022, 22:32
    • 292

Gədəbəydə həyat yoldaşını bıçaqlamaqda suçlanan şəxs döyülüb

Gədəbəydə 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlamaqda şübhəli bilinən şəxs döyülərək xəstəxanalıq olub.

Düzyurd kəndində həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, V.Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır./"Report"/