Bakıda daha bir “Prius” qəza törətdi – ÖLƏN VAR
    • 23-11-2022, 12:39
    • 381

Bakıda daha bir “Prius” qəza törətdi – ÖLƏN VAR

Bakıda taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada daha bir nəfər həyatını itirib.

News24.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Məmməd Araz küçəsində Mehdi Mustafayevin taksi kimi idarə etdiyi “Toyota Prius”la Ömər Həsənovun sürdüyü “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə taksidə olan sərnişin, 1968-ci il təvəllüdlü Qasımov Hakim Pirəhməd oğlu ağır xəsarətlər alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bir neçə gün davam edən müalicə prosesinə baxmayaraq 54 yaşlı kişi dünən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb.