Gəncədə 4 nəfər dəm qazından zəhərlənib, ölən var
    • 23-11-2022, 21:15
    • 220

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib, ölən var

Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

2020-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Məlumata görə, qaz sobasının sönməsi nəticəsində sızma baş verib.

Faktla bağlı araşdırma aparılır./Report/