Gəncədə dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlandı
    • 23-11-2022, 21:36
    • 280

Gəncədə dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Gəncədə 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Gəncə Şəhər 2 nömrəli uşaq xəstəxanasının təcili yardım şöbəsinin həkim-pediatırı Gülmira Alıyeva “Qafqazinfo”ya bildirib ki, yaralı vəziyyətdə olan uşaqlardan biri ölüb, birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

O, xəstələrin vəziyyəti ilə bağlı məlumat verib:

“Dəm qazından zəhərlənən şəxslər 18:30 radələrində xəstəxanaya daxil olublar, onlar iki ailə idilər. 2021-ci il təvəllüdlü Zəhra Musayeva xəstəxanaya daxil olarkən onun öldüyü bilinib. Digər 3 uşağa  Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019) ilkin tibbi yardım göstərilib. Onlar hazırda şöbədə yerləşdiriliblər.