Bakının bu ərazisində içməli suyun verilişində fasilə yaranıb

Bakının bu ərazisində içməli suyun verilişində fasilə yaranıb Sosial
Nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadı, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə News24.az -a "Azərsu"dan bildirilib.

Məlumata əsasən, hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.