Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı
    • 24-11-2022, 10:29
    • 219

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Noyabrın  23-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. 
 
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.