Nazir: "Şuşa, Ağdam, Füzulidə məktəblərin tikilişi növbəti il bitəcək"
    • 25-11-2022, 15:35
    • 160

Nazir: "Şuşa, Ağdam, Füzulidə məktəblərin tikilişi növbəti il bitəcək"

"Hazırda Şuşa, Ağdam, Füzuli şəhərlərində tikilən məktəblərin tikilişi növbəti il üçün bitəcək. Bir neçə aydan sonra bu məktəbləri təqdim edə biləcəyik. Zəngilan, Kəlbəcər, Cəbrayıl rayon mərkəzlərində məktəblərin tikintisinə başlanılıb. Artıq aidiyyəti qurumlarla birgə onlarla kəndin məktəblərinin şəhərsalma planlarına uyğun olaraq layihələndirmə işlərinə başlamışıq".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Məhərrəm Əliyev