Şuşada YENİ MƏKTƏB tikilir - Nazir
    • 9-12-2021, 12:54
    • 998

Şuşada YENİ MƏKTƏB tikilir - Nazir

"Ağalı kəndi ilə bağlı hazırda tərəfimizdən müvafiq qurumlarla işlər aparılır". 

News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, əhalinin köçürülməsi qısa müddətdə başa çatan proses deyil: "Buna görə də müvafiq planlama həyata keçirilməlidir. İlk köçürülmə prosesindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq. Köçürülmədən sonra ilk həftədə tədrisin hibrid keçirilməsini planlaşdırmışıq. Az sayda vətəndaş köçsə belə çalışacağıq ki, şagirdlər dərsdən geridə qalmasın. Hazırda Şuşa şəhərində 1 nömrəli məktəbin tikintisinə başlanılıb. Layihələndirmə prosesi bitib. 2022-ci ilin dekabr ayına qədər prosesin yekunlaşdırılması planlanıb".

Emin Əmrullayev əlavə edib ki, Ağdam və Cəbrayılda da eyni proses reallaşdırılacaq: "Yaxın zamanda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı müəyyən addımlar atılacaq. İstər Ağdam, istərsə də Şuşa məktəbləri özlərinin arxitekturası ilə ən müasir məktəblərimizdən biri olacaq".