-
- 25-11-2022, 15:49
- 230
"Növbəti həftədən bağçalarda uşaqlara İSTİ YEMƏKLƏR veriləcək - Nazir
"Planlaşdırılma düzgün olan halda biz təchizatı düzgün edə bilərik. Bağçalara təchizatla bağlı konkret normativ yoxdur. Bir uşağa nə qədər plastrin lazım olması ilə bağlı dəqiq rəqəm yoxdur. Biz hazırda bu mərkəzləşmiş təchizat üzərində işləyirik. Əvvəlcə uşaq saylarını müəyyənləşdirməliyik. Sistem yerinə oturana qədər bizə vaxt lazım olacaq".
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalarda uşaqlara təchizat bərabər paylanılmalıdır: "Bağçalarda uşaqların qidalanmasının normativi faktiki olaraq 1994-ci ilə söykənir. Hazırda bu normativi dəyişməyə çalışırıq. Siyahıya baxsaq, görərik ki, normativdə olan bəzi qidalar heç bazarda yoxdur. Biz düşünürük ki, bu məsələ normativlə yox, kalori ilə təmin edilməlidir.
Qidaları uşaqlara düzgün vermək üçün növbəti həftədən etibarən 50-ə yaxın məktəbdə isti yeməklə bağlı təminat olacaq".