Uşaq bağçalarında təhsilə fasilə davam edəcək - Təhsil naziri
    • 30-10-2020, 11:49
    • 1 026

Uşaq bağçalarında təhsilə fasilə davam edəcək - Təhsil naziri

“Bağçalarda həm təhsil, həm də qayğı olmalıdır”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, qayğının onlayn təmin edilməsi mümkün deyil: “Uşaq bağçalarında təhsilə fasilə davam edəcək, onlarda təhsilin bərpası mümkün görünmür”. 
 
E. Əmrullayev əlavə edib ki, tətil davam etdiriləcək: “Bu məsələyə sonra baxılacaq, amma ən azı iki həftə belə davam edəcək”.

"Müxtəlif yaş qruplarından asılı olaraq bağçalar onlayn qaydada fəaliyyət göstərə bilərlər. Hazırkı vəziyyətlə əlaqədər bağçalarda təhsilin ənənəvi qaydada fəaliyyəti gözlənilmir. Çünki bağçalarda onlayn təhsil mümkün deyil. Təbii olaraq könüllü olaraq bağçalar onlayn tədris həyata keçirə bilərlər" deyə nazir əlavə edib.