AQTA sədri: Bağçalarda yoxlamalar aparılır
    • 17-07-2019, 13:58
    • 856

AQTA sədri: Bağçalarda yoxlamalar aparılır

Hazırda Azərbaycanın bütün regionlarında seçmə üsulu ilə hər bir rayon, şəhəri əhatə edən bağçalarda yoxlamalar aparılır". 

News24.az
xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, bu monitorinqlər təqribən 3 ay müddətinə davam etdiriləcək: "Monitorinqin nəticələri ilə bağlı sonda ictimaiyyətə geniş açıqlama verəcəyik. Monitorinq böyüməkdə olan nəslə, balalarımıza verilən qida məhsullarının həm keyfiyyət, həm də təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olması, eyni zamanda da Səhiyyə Nazirliyi ilə birgə məktəbəqədər uşaqların düzgün qidalanmasının təmin olunması məqsədini daşıyır".

Afaq Mirayiq