Trampın qızı Qətərdə keçirilən dünya çempionatını izlədi
    • 26-11-2022, 01:50
    • 165

Trampın qızı Qətərdə keçirilən dünya çempionatını izlədi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp əri və üç övladı ilə birlikdə Qətərdə keçirilən dünya çempionatının iki oyununa baxıb.

Onlar Portuqaliya və Qana, Braziliya-Serbiya matçlarını izləyiblər.
İvanka Tramp həmçinin stadionda Qətərin Baş naziri Xalid bin Xəlifə Al Tani ilə söhbət edərkən görüntülənib. /Teleqraf.com/