İvanka Trampın şəxsi köməkçisi KORONAVİRUSA YOLUXDU
    • 9-05-2020, 10:52
    • 779

İvanka Trampın şəxsi köməkçisi KORONAVİRUSA YOLUXDU

Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlanıb. 

News24.az RİA-ya istinadən xəbər verir ki, koronavirusa yoluxan şəxs son dövrlər İvanka Tramp ilə görüşməyib və hazırda ev şəraitində çalışır. 

Sözügedən işçidə koronavirus sindromları da olmayıb.

Ötən gün edilən test nəticələrinə görə, İvanka Tramp və əri Jared Kuşnerdə koronavirus aşkarlanmayıb.