Nazpəri Dostəliyeva canlı yayımda ağladı - VİDEO
    • 14-01-2019, 13:45
    • 1 270

Nazpəri Dostəliyeva canlı yayımda ağladı - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva canlı yayımda kövrəlib.

News24.az xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcılığı ilə yayımlanan “Şou ATV” verilişinə qonaq olan müğənni “Dəymə” adlı mahnısını ifa etdikdən sonra ağlayıb. Buna səbəb isə sözügedən bəstənin ərsəyə gəlməsində mərhum klarnet ifaçısı Zahid Sabirabadlının əməyinin keçməsi olub:

“Mən gərək bunu oxumayaydım. Bütün mahnılarımın əvvəli və sonu Zahidin musiqiləridir. Saatlarla mahnılar üzərində işləmişik. Zahidin sənətinin vurğunu idim. Çox saf insan idi”.

Teymur MƏMMƏDOV