Levandovski dünya çempionatlarında ilk qolunu vurdu
    • 26-11-2022, 19:50
    • 278

Levandovski dünya çempionatlarında ilk qolunu vurdu

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.

News24.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna Qətərdə təşkil edilən mundialda nail olub.

Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. O, 82-ci dəqiqədə rəqib qapısına yol tapmaqla, oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir - 2:0.