-
- 28-11-2022, 13:08
- 30 508
Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEO
Ötən gün baş verən daha bir hadisə ölkə gündəminin əsas müzakirəsinə çevrildi. Bu dəfə də törədilən cinayət hamını məyus etdi.
News24.az "Baku.ws"-ə istinadən bildirir ki, söhbət Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsindən gedir. Qətli Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək törətməkdə şübhəli bilinir.
Qətlin detalları açıqlanmasa da hadisənin baş verməsi acı mənzərə ortaya qoyub. Əvvəlcə ondan başlayaq ki, qətlə yetirilən Turan Rüstəmovun 16 yaşı var. İdmanla məşğul olan və gələcək həyatı parlaq görünən T.Rüstəmov, əfsuslar olsun ki, bu gün məzara qoyulub. Bəlkə də, bu hadisə baş verməsəydi, o, gələcəyin olimpiya çempionu və istedadlı idmançılarından biri olacaqdı.
Onu qətlə yetirməkdə şübhəli bilinən Ruslan Səfixanov isə mərhumdan cəmi 4 yaş böyükdür. Bu hadisədən sonra o da öz gələcəyini qaranlıq dünyaya və dəmir barmaqlıqlara qurban verdi. Mübahisənin hansı səbəbdən başlamasından asılı olmayaraq iki gəncin öz həyatını puç etməsi böyük təəssüf doğurur.
Əfsuslar olsun ki, gənclər aralarındakı mübahisəni ağıl, təmkin və səbirlə həll etməyə deyil, güc nümayiş etdirməyə üstünlük verdilər. Səbəbi nə olursa-olsun 16 yaşlı bir yeniyetmənin öldürülməsi bir cəmiyyət üçün fəlakətdir. Bu qətli mərhumdan 4 yaş böyük bir gəncin etməsi isə fəlakəti sunamiyə çevirir.
Heç bir mübahisə ölməyə, öldürməyə və kiminsə həyatını məhv etməyə rəvac vermir. Yaranmış mübahisələrə ağıl və səbirlə yanaşılan zaman bu kimi halların baş vermə ehtimalı sıfıra bərabər olur.