Turanın direktoru danışdı: "Hansısa mərdiməzarın..."
    • 28-11-2022, 16:12
    • 10 316

Turanın direktoru danışdı: "Hansısa mərdiməzarın..."

Xəbər verdiyimiz kimi, Yevlaxın şəhərinin Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan 2006-cı il təvəllüdlü Turan Rüstəmov Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilib.

News24.az xəbər verir ki, adisə ilə bağlı sözügedən məktəbin direktoru Xəlilova Günay "Tehsil.biz"ə açıqlama verib.

Məktəb direktoru T.Rüstəmovun sakit, tərbiyəli, həmçinin məsuliyyətli şagird olduğunu bildirib:

"Turan barədə bu xəbəri heç gözləmirdik. Hansısa mərdiməzarın qurbanı oldu. Məktəbimiz üçün gözlənilməz, acı xəbər idi. Hələ də özümüzə gələ bilmirik. Dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına "çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam" deyirdi. Allah rəhmət eləsin!"