Qarabağ müharibəsində qazi olan polis əməkdaşı vəfat etdi
    • 29-11-2022, 11:43
    • 309

Qarabağ müharibəsində qazi olan polis əməkdaşı vəfat etdi

Birinci Qarabağ müharibəsində qazi olan polis əməkdaşı Hüseyn Rzayev vəfat edib.

News24.az xəbər verir ki, 90-cı illərin əvvəllərində Sədərək polis şöbəsində çalışan və Sərhəd hadisələrində, eləcə də erməni hücumlarının qarşısının alınmasında fəal iştirak edən keçmiş döyüşçü Bakıda vəfat edib.

Qeyd edək ki, H.Rzayev Birinci Qarabağ Müharibəsində iki dəfə yaralanıb və bu səbəbdən polis sıralarından təqaüdə buraxılıb. Onun qardaşı oğlu Ərtoğrul Nadirli isə İkinci Qarabağ müharibəsində (Vətən müharibəsi) rəşadətlə döyüşərək şəhid olub.