Ermənistan ordusunun mayoru həbs edilib
    • 29-11-2022, 12:29
    • 239

Ermənistan ordusunun mayoru həbs edilib

Ermənistan silahlı qüvvələrinin mayoru həbs edilib.

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun xarici xüsusi kəşfiyyat orqanlarına işlədiyi aşkarlanıb. Məlumata görə, hərbçi Ermənistanın ordusunun ölkənin şərq və cənub sərhədindəki fəaliyyəti barədə məxfi məlumatları kəşfiyyat orqanlarına ötürürmüş.

Hazırda istintaq davam edir. Mayorun adı isə hələ ki, açıqlanmayıb.