Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır- MN
    • 29-11-2022, 19:33
    • 285

Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır- MN

Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

News24.az-a xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - məlumatda bildirilib.