Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNDİ
    • 29-11-2022, 22:56
    • 189

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNDİ

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə News24.az-a  FHN Mətbuat xidmətinindən bildirilib.

22.49

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN Mətbuat xidmətinindən News24.az-a bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.