Bakıda  otluq ərazi yanır -YENİLƏNİB
    • 1-06-2022, 16:18
    • 356

Bakıda otluq ərazi yanır -YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

15:05


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.