“Twitter”də bir neçə dəyişiklik olacaq
    • 1-12-2022, 17:53
    • 203

“Twitter”də bir neçə dəyişiklik olacaq

İlon Mask Twitter-in iOS versiyasını mühüm funksiyadan məhrum edəcək.

News24.az "Olay"-a istinadən xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb. Qeyd olunub ki, Mask Apple-ın tətbiqdaxili satınalmalar üçün tələb etdiyi yüksək ödənişlərə görə “Blue”nun ödənişli abunəliyini iOS-da Twitter-ə qaytarmayacaq.

Twitter-in yeni baş direktoru Apple-ın 30 faizlik komissiyasını “gizli vergi” hesab edir. b“Blue” abunəliyin tam olaraq nə vaxt yenidən başlayacağı bildirilmir.

Bununla belə, “The Verge” əmin edir ki, iOS üçün dəstəyin olmaması ilə yanaşı, onda bir sıra başqa dəyişikliklər də görünəcək. Məsələn, abunə qiyməti 7,99 dollardan tam olaraq 8 dollara yuvarlaqlaşdırılacaq. Həmçinin, xidmət istifadəçinin telefon nömrəsi ilə əlaqələndiriləcək.